Almatıda uşaq güllə yarasından ölüb


Qazaxıstanın Almatı şəhərində iğtişaşlar zamanı bir uşaq güllə yarasından ölüb, bir uşaq isə yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qazaxıstanın Uşaq Hüquqları üzrə Ombudsmanının mətbuat xidməti məlumat yayıb.
“Uşaq hüquqları üzrə ombudsman Arujan Sainin sözlərinə görə, yanvarın 5-də Almatıda bir uşaq güllə yarasından ölüb. Valideynlər uşaqları ilə gəzərkən 11 yaşlı qazaxıstanlının ölümünə səbəb olan atəş səsi eşidilib” -, məlumatda deyilir.
Qeyd olunur ki, yanvarın 7-də də 15 yaşlı yeniyetmə ağır güllə yaraları ilə Almatıdakı uşaq xəstəxanalarından birinə aparılıb, həkimlər onun həyatını xilas etməyə çalışırlar. Yeniyetmə atası ilə birlikdə ikən hücumçular onların avtomobilinə atəş açıb.
Qeyd edək ki, Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev yanvarın 10-nu respublikada milli matəm günü elan edib.
 

DİGƏR XƏBƏRLƏR

Top