Bakının mərkəzində çoxmərtəbəli bina söküləcək


Paytaxtın Xətai rayonunda bina söküləcək.

Xətai rayonunda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən 11 mərtəbəli bina söküləcək.

Körpünün yaxınlığındakı binanın yerində Zəfər muzeyinin tikiləcəyi ehtimal edilir. Hazırda binadan sakinlərin köçürülməsi prosesi həyata keçirilir.

Xətai Rayon İcra Hakimiyyətindən binanın söküləcəyini təsdiqləyiblər.

Bildirilib ki, bina Zəfər abidə kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında söküləcək. Köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib.

İcra hakimiyyətindən əlavə ediblər ki, bina ərazinin ümumi görünüşünə də xələl gətirir.

DİGƏR XƏBƏRLƏR

Top