Berdiməhəmmədov “Cəhənnəm qapıları” ilə bağlı göstəriş verdi - VİDEO + FOTOLAR


Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Qaraqum səhrasında “Cəhənnəm qapıları” kimi tanınan qaz kraterini söndürmək üçün bir üsul kəşf etməyi tapşırıb.
Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, söhbət Türkmənistanın ən məşhur görməli yerlərindən birindən gedir ki, bu da hazırda “Qaraqum səhrasının parıltısı” adlanır.
Nazirlər Kabinetinin videoformatda keçirilən iclasında dövlət başçısı Baş nazirin müavini, neft-qaz kompleksinə rəhbərlik edən Şaxım Abrahmanova müvafiq tapşırıq verib. Berdiməhəmmədov qeyd edib ki, Darvaza bölgəsində uzun illərdir təbii qaz yanır ki, bu da ətraf mühitə və yerli əhalinin sağlamlığına ziyan vurur.
Qeyd edək ki, bu əlamətdar yer Qaraqum səhrasında, Aşqabaddan 266 kilometr şimalda, Darvaza kəndi yaxınlığında yerləşən, diametri təqribən 60 metr və dərinliyi 20 metr olan çökəklikdir. O, süni mənşəlidir, lakin təxminən yarım əsrlik təbiət abidəsi kimi qəbul edilir. 1971-ci ildə təbii qaz axtarışı üçün bu yerdə quyu qazılan zaman çökmə baş verir. Geoloqlar çuxurdan çıxan qazın bir neçə günə tamamilə yanıb qutaracağına ümid edərək onu yandırmaq qərarına gəliblər. Lakin yanğın bu günə qədər davam edir.





 

DİGƏR XƏBƏRLƏR

Top