Rusiya sülhməramlılarının hərbi qulluqçularını və hava-desant texnikasını Qazaxıstana çatdırmaq üçün İvanovo vilayətindəki aerodroma gətirilib.
Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
“İvanovo vilayətinin hava limanında Qazaxıstan Respublikasına uçan İl-76 hərbi-nəqliyyat təyyarələrinə hərbi qulluqçuların və hava-desant texnikasının yüklənməsinə başlanılıb. Hərbi nəqliyyat təyyarələri ilə 20-dən çox uçuşun yerinə yetirilməsi planlaşdırılır” -, məlumatda deyilir.
Görüntülərdən Qazaxıstana aparılanlar sırasında xeyli sayda zirehli texnikanın olduğu görünür.
Həmin kadrları sizə təqdim edirik.