Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri də saxlanıldı


Qazaxıstanın xüsusi xidmət orqanları respublikanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) keçmiş sədri Kərim Məsimovu dövlətə xəyanətdə şübhəli bilinərək saxlayıb. 


Yeniavaz.com xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.


"Bu il yanvarın 6-da Milli Təhlükəsizlik Komitəsi dövlətə xəyanətlə bağlı Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 175-ci maddəsinin 1-ci hissəsi ilə ibtidai istintaqa başlayıb. Həmin gün bu cinayəti törətməkdə şübhəli bilinən şəxs MTKnin keçmiş sədri Kərim Məsimov və digər şəxslər saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdiriliblər”, - məlumatda deyilir.
 

DİGƏR XƏBƏRLƏR

Top