Ruslar evinizə girdisə onları qovub çıxarmaq çox çətindir – ABŞ-ın dövlət katibi


“Qazaxıstan hakimiyyətinin ölkədəki etirazların qarşısını ala bilməsinə baxmayaraq, onların Kollektiv Təhlükəsizlik Təşkilatı (KTMT) üzvlərindən sülhməramlı qüvvələri çağırmağını başa düşə bilmirik”.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın dövlət katibi Antoni Blinken deyib.
"Məncə, Qazaxıstan hakimiyyəti və hökuməti, şübhəsiz ki, bu etirazların öhdəsindən gəlmək imkanlarına malikdir. Onların niyə hər hansı xarici yardıma ehtiyacı olduğu aydın deyil. Ona görə də biz bu barədə daha çox öyrənməyə çalışırıq. Əlbəttə, biz sülhməramlıları və hüquq-mühafizə orqanlarını sülh yolu ilə həlli dəstəkləmək üçün beynəlxalq insan hüquqları standartlarına əməl etməyə çağırırıq. Düşünürəm ki, bundan dərs alına bilər. Yaxın tarix budur ki, ruslar evinizə girdisə onları evinizdən qovub çıxarmaq çox çətin olur”.

 

DİGƏR XƏBƏRLƏR

Top