Yevlaxda "KamAZ" piyadanı vurdu


Bakı-Qazax magistral avtomobil yolunda yük maşını piyadanı vurub.
Yeniavaz.com
xəbər verir ki, yolun Yevlax rayon ərazisindən keçən hissəsində "KamAZ" markalı yük maşını Yevlax şəhər sakini, 1953-cü il təvəllüdlü Mətləb Həsənovun sağ ayağının üzərindən keçib. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.
Esmira Hidayətova, Yevlax
 

DİGƏR XƏBƏRLƏR

Top