Rusiyada ordu generalı vəfat etdi


Rusiya Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, ordu generalı Anatoli Kvaşnin Moskvada vəfat edib.

Yeniavaz.com xəbər verir ki, Bu barədə “TASS”a Rusiya Federasiyasının Hərbi Liderlər Klubunun qərargah rəhbəri Nikolay Deryabin məlumat verib.
“Ordu generalı Kvaşnin bu gün koronavirusdan dünyasını dəyişib” -, deyə o bildirib.
Qeyd edək ki, General Kvaşnin 1997-2004-cü illərdə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində çalışıb.
 

DİGƏR XƏBƏRLƏR

Top