Dünyada 2 minə yaxın jurnalist COVID-19-dan vəfat edib


2020-ci ilin martından bəri 94 ölkədə ən azı 1940 jurnalist koronavirus infeksiyası nəticəsində dünyasını dəyişib.

Bu barədə qeyri-hökumət təşkilatı olan “Press Emblem Campaign (PEC)”in cümə günü Cenevrədə yaydığı hesabatda deyilir. 

Bildirilir ki, ən çox ölüm faktı Braziliyada (295) qeydə alınıb. Daha sonra Hindistan (279), Peru (199), Meksika (122), Kolumbiya (79), Banqladeş (68), ABŞ (67), İtaliya (61), Venesuela(59), Ekvador (51), Rusiya (42), Argentina (46), İran (34) ardıcıllığı davam etdirir. 

2021-ci ildə 1400 ölüm faktı qeydə alınıb, 50-dən çox jurnalistin isə ölüm səbəbi araşdırılır. 

DİGƏR XƏBƏRLƏR

Top