Yanğın baş verən xəstəxanadan 129 nəfər təxliyyə olundu - YENİLƏNİB

Sumqayıtdakı 4 nömrəli xəstəxanada baş vermis yanğın tamamilə söndürülüb.

Sözügedən tibb müəssisəinin bir hissəsində məcburi köçkünlər məskunlaşıb, digər hissəsi isə xəstəxana kimi fəaliyyət göstərib.

Hadisə zamanı 32 nəfər xəstə, xəstəxanın 16 işçisi və 81 nəfər məcburi köçkün təxliyə olunub.

İnsident zamanı ölən olmayıb. (oxu.az)
 


***19:53
Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində xəstəxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top