Azərbaycanda Xalq artisti koronavirusa yoluxdu - FOTO


Kamança ustası, Xalq artisti Şəfiqə Eyvazova koronavirusa (COVID-19) yoluxub.

Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya Xalq artisti özü məlumat verib. 

O, bir həftə əvvəl Mərkəzi Gömrük Hospitalına yerləşdirildiyini bildirib: “Hazırda burada müalicə alıram. Həkimlər səhhətimin yaxşılaşmağa doğru dəyişdiyini deyirlər. Sağ olsunlar, əllərindən gələn köməkliyi göstərməyə çalışırlar”.

Qeyd edək Xalq artisti həyat yoldaşı, kamança ifaçısı Arif Əsədullayev də koronavirusa yoluxub, hazırda ev şəraitində müalicə alır.

DİGƏR XƏBƏRLƏR

Top