Sürücülərin diqqətinə: Yasamalda bəzi işıqforlar işləmir


Yasamal rayonunun bəzi ərazilərində - Mətbuat prospekti və A. M. Şərifzadə küçəsində elektrik enerjisinin kəsilməsi səbəbindən bəzi işıqforların işində fasilə yaranıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, hazırda müvafiq qurum tərəfindən elektrik enerjisi verilişinin bərpası ilə bağlı iş aparılır: “Bunu nəzərə alaraq sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur”.

DİGƏR XƏBƏRLƏR

Top