“Əsas vəzifəmiz Qazaxıstana quldur dəstələrinin daxil olmasının qarşısını almaqdır”


Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Qazaxıstandakı vəziyyəti müzakirə ediblər.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, prezidentlər əsas vəzifə olaraq quldur birləşmələrinin Qazaxıstana daxil olmasının qarşısının alınmasının vacibliyini qeyd edib:
“Qazaxıstan xalqının bu ölkənin daxili problemlərini müstəqil şəkildə həll edə bilməsi olduqca vacibdir”.
Belarus prezidentinin mətbuat xidməti əlavə edib ki, telefon danışıqları zamanı Lukaşenko Rusiya prezidenti və Ermənistanın baş naziri ilə beynəlxalq gündəliyin aktual məsələlərini və ikitərəfli münasibətləri də müzakirə edib.

 

DİGƏR XƏBƏRLƏR

Top