Rusiya Qazaxıstana nə qədər ordu birləşmələri göndərir?


70-dən çox İl-76 və 5 An-124 təyyarəsindən ibarət qrup KTMT qüvvələrinin Rusiya kontingentinin hissələrini Qazaxıstana köçürür.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov məlumat verib.
Bildirilib ki, Qazaxıstanda KTMT çərçivəsində Rusiya sülhməramlı kontingentinə 45-ci Hava-Desant Xüsusi Qüvvələri Briqadası, 98-ci Hava Desant Diviziyası və 31-ci Əlahiddə Hava Desant Briqadasının bölmələri daxildir. Bildirilir ki, Rusiya kontingentinin bütün hərbi qulluqçuları xüsusi hazırlıq keçib və həqiqi döyüş təcrübəsinə malikdirlər.
Rusiya sülhməramlılarının Qazaxıstandakı Baş Konsulluğun təhlükəsizliyini təmin etdiyi qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top