Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev sülhməramlıların gətirilməsi tələbinə tez cavab verdiyi üçün Putinə təşəkkür edib.
Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə xalqa müraciət çıxışında bildirib.
Tokayev həmçinin dəstəyə görə KTMT ölkələri rəhbərlərinə də təşəkkür edib.
O bildirib ki, Almatı 20 min quldurun hücumuna məruz qalıb. Prezident çıxışında xəbərdarlıq etmədən silahlı etirazçılara atəş açmaq əmri verib.