Qazaxıstandakı sülhməramlılara rəhbərlik edən rus general kimdir? - "Çeçen müharibəsi"ndə döyüşüb...


Rusiya hava-desant qüvvələrinin komandanı general-polkovnik Andrey Serdyukov KTMT-nin Qazaxıstandakı sülhməramlılarına rəhbər təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov məlumat verib.
Qeyd edək ki, Andrey Nikolayeviç Serdyukov 6 mart 1962-ci ildə keçmiş Rusiya Sovet Federativ Sosialist Respublikasının (RSFSR) Rostov Vilayətinin Tatsinki rayonunda anadan olub. O 1983-cü ildə Lenin Komsomolu adına Ryazan Ali Hava Desant Komandanlığı Məktəbini bitirib. 1993-cü ildə isə Frunze adına Hərbi Akademiyadan məzun olub. 2009-cu ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını qızıl medalla bitirib. 2013-cü ilin fevral-oktyabr aylarında Cənub Hərbi Dairəsi komandanının müavini vəzifəsini icra edib. 2013-cü ilin oktyabr ayından Cənub Hərbi Dairəsi komandanının birinci müavini - Qərargah rəisi, 2015-ci ilin dekabrından 2016-cı ilin oktyabrınadək isə Cənub Hərbi Dairəsinin 12-ci Ehtiyat Komandanlığının komandiri olub.
2014-cü ildə Krımın Rusiya Federasiyasına birləşdirilməsində iştirak edib. Birinci və İkinci Çeçen müharibələrinin, Hərbi Hava Desant Qüvvələrinin birləşmiş batalyonunun Priştinaya yürüşü və Rusiyanın Suriyadakı hərbi əməliyyatlarının iştirakçısı olub. Onun komandanlığı zamanı Suriyadakı rus qoşunları İdlib əyalətinin cənub bölgələrində terrorçu qrupları məğlub etməyə və Suriyanın şimal-şərqinin əhəmiyyətli bir hissəsini nəzarətə götürməyə nail olublar. 2017-ci ilin mayında Ukraynanın şərqində baş verən hadisələrlə əlaqədar Ukraynanın sanksiya siyahısına daxil edilib.

DİGƏR XƏBƏRLƏR

Top