Abşeronda evdən üç kişinin meyiti tapıldı


Abşeron rayonunda dəhşətli hadisə baş verib.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, rayonun Saray qəsəbəsində evdən 3 kişinin meyiti tapılıb.
Kirayədə yaşayan həmin şəxslərin dəm qazından zəhərlənərək öldüyü bildirilir.
Belə ki, İmişli rayon sakinləri 55 yaşlı Akif Nərimanov, 56 yaşlı Gülağa Əliyev və 40-45 yaşlı şəxsiyyəti müəyyənləşdirilməmiş kişi evdə dəm qazından boğulublar. Ehtimal edilir ki, hadisə gecə saatlarında onlar yatan zaman baş verib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top