Nazir idarə rəisini təqaüdə göndərdi


Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-leytenant Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin rəisi polkovnik-leytenant Mahir Məmmədyarov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.  
Onun yerinə hələlik təyinat yoxdur. 
Məlumatı BDYPİ-dən təsdiqləyiblər.
Qeyd edək ki, M.Məmmədyarov 2016-cı ilin sentyabrında bu vəzifəyə təyin olunmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top