KTMT əsgərləri Qazaxıstanda hərbi əməliyyatlarda iştirak edir?


Qazaxıstandakı KTMT sülhməramlıları mühafizə və təhlükəsizlik funksiyalarını yerinə yetirəcək.
Yeniavaz.com
“Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezident administrasiyası rəhbərinin birinci müavini Dauren Abayev məlumat verib.
“Missiya sülhməramlıdır. KTMT əsgərləri hərbi əməliyyatlarda iştirak etmir. KTMT sülhməramlıları mühafizə və təhlükəsizlik funksiyalarını yerinə yetirəcəklər”, - deyə Abayev bildirib.
Onun sözlərinə görə, yanvarın 6-da Almatının təmizlənməsi əməliyyatının döyüş hissəsi “Arıstan”, “Arlan”, “Berkut” bölmələri və Müdafiə Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top