Bakıda məktəbdə yanğın, şagirdlər təxliyə edildi - VİDEO


Bu gün səhər saatlarında Bakıda Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib.

Yeniavaz.com xəbər verir ki görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Yanğın məktəbin ikinci mərtbəsində baş verib. Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub. Məktəbin müəllim və şagird heyəti təxliyə olunub.
FHN məktəbdəki yanğınla bağlı yaydığı məlumatda bildirilib ki, aidiyyəti məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
Əlavə məlumat veriləcək.
Yeniavaz.com "qafqazinfo"ya istinadla hadisə yerindən kadrları təqdim edir:

DİGƏR XƏBƏRLƏR

Top