"Ölkənin bütün bölgələrində konstitusiya quruluşu bərpa olunub" - Tokayev


Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, ölkənin bütün bölgələrində konstitusiya quruluşu əsasən bərpa olunub və vəziyyətə yerli hakimiyyət orqanları nəzarət edir. 
Yeniavaz.com
"tass"a istinadla xəbər verir ki, bu barədə cümə günü dövlət başçısının mətbuat xidməti terrorla mübarizə üzrə qərargahın iclasının yekunlarına dair yaydığı məlumatda bildirib.
"Antiterror əməliyyatı başlayıb. Hüquq-mühafizə orqanları ciddi işləyir. Ölkənin bütün bölgələrində konstitusiya quruluşu, əsasən, bərpa olunub. Yerli hakimiyyət orqanları vəziyyətə nəzarət edir. Lakin terrorçular silahdan istifadə etməkdə və onların əmlakına ziyan vurmaqda davam edirlər. Buna görə də terrorla mübarizə tədbirləri silahlılar tamamilə məhv edilənə qədər davam etdirilməlidir”, - Tokayev bildirib.

DİGƏR XƏBƏRLƏR

Top