Kriminal avtoritet “Arman Dikiy” Almatı küçələrində - VİDEO


Kriminal dairələrdə “Arman Dikiy” kimi tanınan avtoritet Arman Cumaqeldiyev Qazaxıstana gedərək etirazçılardan təxribatçılara qulaq asmamağı, soyğunçuluq və iğtişaşları dayandırmağı xahiş edib.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə instaqram səhifəsində canlı yayımda bildirib.
Avtoritet insanları dinc aksiyalara çağırıb. Onun sözlərinə görə, iğtişaşlar zamanı insanlar ölür, talançılar iş başına keçir. Lakin qazax etirazçılar hakimiyyətə öz tələb və iddialarını bildirmirlər.
Cumaqeldiyev vurğulayıb ki, etirazçılar arasında araq və narkotik paylayan təxribatçılar var, küçələrdə insanlar qumbaraatan və odlu silahlarla silahlanıb:
“Bu mitinqdir? Bu xaos, anarxiyadır!”
Xatırladaq ki,  Arman Cumaqeldiyev hazırda Türkiyədə yaşayır. O, avqustun 20-də Antalyada güllələnən Quli ləqəbli avtoritet Nadir Səlifovun ən yaxın dostlarından  sayılırdı.

 

DİGƏR XƏBƏRLƏR

Top