Qazaxıstanın daha bir vilayətində silahlı qüvvələr əməliyyata başladı


Qazaxıstan təhlükəsizlik qüvvələri Qızılorda vilayətində anti-terror əməliyyatı keçirir, 168 nəfər yaralanıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Xəbər-24" telekanalı rayonun meri Gülşarə Abdıkalikovaya istinadən məlumat verib. Telekanalın Teleqram kanalının məlumatına görə, Qızılorda vilayətində baş verən iğtişaşlar nəticəsində bir neçə inzibati binaya, “Nur Otan” partiyasının təşkilatına və məhkəmə binasına ziyan dəyib.
Abdıkalikova bildirib ki, hazırda 168 nəfər xəsarət alıb, onlardan 77-si xəstəxanaya yerləşdirilib. O, bütün vətəndaşları ictimai asayişə riayət etməyə və yalnız fövqəladə hallarda evlərini tərk etməyə çağırıb.

 

DİGƏR XƏBƏRLƏR

Top