Qazaxıstanda iğtişaşlar zamanı vurulan maddi ziyanın ümumi həcmi açıqlanıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu məbləğ 40 milyard təngə (90 milyon dollardan çox) təşkil edir. Hesablamalar barədə “Atameken” Milli Sahibkarlar Palatası məlumat yayıb. Təkcə Almatıda vurulan ziyanın məbləği 39,5 milyard təngədir (89,8 milyon dollar).