Şuşada yeni məscidin tikilməsi üçün 7 bina söküləcək - RƏSMİ


Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi “Uni Construction” MMC olub.
Nazirlik Şuşa şəhərində yeni məscid kompleksinin tikintisi ilə əlaqədar 6 ədəd beşmərtəbəli binanın, “Parlament” binasının və mədəniyyət evinin sökülməsi, ərazinin tikintiyə hazırlanması və abadlıq işlərinin aparılması üçün “Uni Construction” MMC-yə 2 milyon 74 min 28 manat 65 qəpik ödəyəcək. Qeyd olunan işlər 24.12.2021-ci il tarixində başlayıb 01.02.2022-ci il tarixində başa çatacaq.
Məlumat üçün bildirək ki, “Uni Construction” MMC 03.06.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Kaveroçkin, ev 34, mənzil 30-da yerləşir. MMC-nin qanuni təmsilçi Seyidov Qafar Seyid oğludur.

DİGƏR XƏBƏRLƏR

Top