Bakıda direktorun şagirdləri döyməsi araşdırılır - VİDEO + YENİLƏNİB


Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu görüntülərlə bağlı araşdırma aparılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Qeyd olunub ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

***15:14
Bakı şəhərində məktəb direktoru şagirdləri döyüb. 
Yeniavaz.com xəbər verir ki, bunu əks etdirən kadrlar sosial şəbəkələrdə yayılıb. Belə ki, kadrlarda paytaxtda fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın təhsil ocağında şagirdlərə əl qaldırması əks olunub. 
Onun bu hərəkəti məktəbin təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. 
Həmin görüntüləri təqdim edirik:

 

DİGƏR XƏBƏRLƏR

Top