Ermənistan Qazaxıstana neçə hərbçi göndərib?


Ermənistan da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi sülhməramlı qüvvələrinin tərkibində Qazaxıstana hərbçi göndərib.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, söhbət Qazaxıstanda kütləvi etirazlar fonunda kontingentin tərkibində strateji obyektlərin mühafizəsini təmin edəcək 70 hərbçidən gedir.
Qeyd edək ki, ötən gün Qazaxıstan Təhlükəsizlik Şurasının iclasında çıxış edən ölkə prezidenti Qasım-Comərd Tokayev yardım üçün KTMT ölkələrinin liderlərinə müraciət edib. Dövlət başçısı vurğulayıb ki, Qazaxıstanda baş verən iğtişaşları xarici təcavüz hesab edir, çünki ölkədə iğtişaşlara səbəb olan terrorçu dəstələr xaricdə təlim keçiblər. Bunun ardınca yanvarın 6-na keçən gecə Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının (KTMT-nin ali orqanı) sədri kimi iştirakçı ölkələrin liderlərinin Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul etdiklərini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top