Almatıda iki polis məmurunun başı kəsilib


Qazaxıstanın Almatı şəhərində keçirilən etiraz aksiyalarında toqquşmalar zamanı ölən hüquq-mühafizə orqanı əməkdaşılarının sayı 13-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, onlardan 2-nin başı kəsilmiş halda meyiti tapılıb. Bu barədə “RİA Novosti”yə Qazaxıstan şəhərinin komendantlığından məlumat verilib.
Başları kəsilmiş cəsədlərin olması hakimiyyət orqanları tərəfindən Almatıya hücum edən quldur birləşmələrinin terrorçu və ekstremist mahiyyətinin birbaşa sübutu kimi qiymətləndirilib.

DİGƏR XƏBƏRLƏR

Top