Türk Dövlətləri Təşkilatından Qazaxıstanla bağlı BƏYANAT


Türk Dövlətləri Təşkilatı Qazaxıstandakı etiraz aksiyaları ilə bağlı bəyanat verib.
Yeniavaz.com
xəbər verir ki, bəyanat təşkilatın rəsmi saytında yayımlanıb.
“Türk Dövlətləri Təşkilatına üzv dövlətlər olaraq, Qazaxıstanda baş verən son hadisələrin fonunda sülh və sabitliyə verdiyimiz əhəmiyyəti vurğulayır, üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi bildiririk.
Biz qardaş qazax xalqının sağlam düşüncəsinə və normal həyata qayıtmaq arzusuna inanırıq. Biz inanırıq ki, Qazaxıstan hakimiyyəti sülh yolu ilə gərginliyi azaltmaq, asayişi və sakitliyi bərpa etmək gücünə malikdir. Qazaxıstan hökumətinə və xalqına lazım ola biləcək hər cür dəstəyi verməyə hazır olduğumuzu bəyan edirik. 
Hadisələrdə həyatını itirənlərə başsağlığı verir və yaralananlara şəfa diləyirik” -, deyə bəynatda bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top