Almatıda ordu xalqa atəş açır - Ölənlər və yaralananlar var + VİDEO


Qazaxıstanın Almatı şəhərində ordu etirazçılara silahlı müdaxilə etməyə başlayıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qazaxıstanın ATR kanalında jurnalist olaraq fəaliyyət göstərən Gülsüm Xəlilova məlumat verib və öz tvitter hesabında bununla bağlı videogörüntü paylaşıb. O bildirib ki, yaranmış qarşıdurma nəticəsində xeyli sayda ölən və yaralanan var.
Jurnalist bildirib ki, Qazaxıstan Səhiyyə Nazirliyindən verilən məlumata görə, ölkədə baş verən etiraz aksiyaları nəticəsində minlərlə insan yaralanıb, 400 nəfər xəstəxanaya yerləşdirilib. Ölənlərin dəqiq sayı ilə bağlı hələ məlumat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top