Qazaxıstanda talançılıq başlayıb – Əhaliyə xəbərdarlıq


Qazaxıstan hökuməti Almatı əhalisinə antiterror əməliyyatının keçirilməsi ilə bağlı xəbərdarlıq edib.
Yeniavaz.com
xəbər verir ki, “Ria Novosti”yə istinadla xəbər verir ki, Almatı şəhərində etirazçılar mağazaları qarət etməkdə davam edir. Belə ki, şəhərin 7 supermarketi tamamilə talan edilib. Bununla yanaşı, bir çox ticarət obyektlərinin pəncərələri sındırılıb və küçələrdə işıqforlar sökülüb.
Verilən məlumata görə, hələ də şəhərdə internet və mobil rabitə işləmir. Hökumət sakinlərdən vəziyyət sabitləşənə və ictimai asayiş bərpa olunana qədər evdə qalmaqlarını xahiş edib.

DİGƏR XƏBƏRLƏR

Top