Saxta polkovnik beynəlxalq axtarışda imiş - Dələduzluğa görə


Özünü FHN polkovniki kimi təqdim edərək Türkiyədə Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayla görüşən Rasim Əhmədli beynəlxalq axtarışa verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib. E. Zahidov R. Əhmədlinin ötən ilin noyabrında dələduzluq əməlinə görə beynəlxalq axtarışa verildiyini qeyd edib.
Qeyd edək ki, Türkiyənin Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktay Rasim Əhmədlini FHN polkovniki sanaraq görüşüb, ona plaket təqdim edib və görüşdən çəkilən fotoları sosial şəbəkə səhifəsində paylaşıb.
FHN isə həmin şəxsin nazirlikdə işləmədiyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top