
Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib.
Yeniavaz.com xəbər verir ki, müraciətin mətni səfirliyin tvitter səhifəsində paylaşılıb:
“Əziz vətəndaşlarımız!
Bildiyiniz kimi, cari ilin 19 yanvar tarixinədək bütün Qazaxıstan Respublikası ərazisində fövqəladə vəziyyət elan edilmişdir. Vətəndaşlarımızın rəsmi məlumatları izləməyi və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi məsləhət olunur”.
Tətbiqimizi yükləyə bilərsiniz