Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Prezident Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana Kollektiv Sülhməramlı Qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Şuranın sədri, Ermənistanın baş naziri Nikol Paşinyan özünün "facebook" səhifəsində yazıb. O bildirib ki, qüvvələr bu ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün məhdud müddətə göndəriləcək:
“Qazaxıstan Respublikasının Prezidenti Tokayevin müraciəti ilə əlaqədar və Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb”.