Yevlaxda çoxmənzilli binalardan oğurluq edildi


Yevlaxda çoxmənzilli binaların dam örtüyünə quraşdırılan plastik pəncərələr  oğurlanıb.
Yeniavaz.com
xəbər verir ki, hadisə əsasən Yevlax şəhərinin Heydər Əliyev prospekti 4 ünvanında yerləşən ikimərtəbəli və eyni prospektdə 9 ünvanında olan beş mərtəbə binalarda qeydə alınıb. Sakinlər bildirib ki, son günlər 20 ailənin yaşadığı 2 mərtəbəli binanın damından bir neçə plastik pəncərə oğurlanıb.
Binada yaşayanlar iddia edir ki,oğurluq hadisəsi gecə baş verir. Sakinlərin oğurluqdan sonra evlərə yağış sularının dolması və dam örtüyünün çökməsindən də narahatdırlar.Məsələynən bağlı polisə də müraciət edilib.
Sakinləri bir neçə il öncə  binadan öncə  fərdi su sayğaclarının da oğurlandığını bildiriblər.Baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yeniavaz.com-a bildirildi ki, qeyd edilən faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Esmira Hidayətova,Yevlax
 

DİGƏR XƏBƏRLƏR

Top