Ermənistanın keçmiş müdafiə naziri Rusiyaya səfir təyin edildi


Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan ölkəsinin Rusiyaya səfir təyin olunub.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan uyğun sərəncam imzalayıb.

Qeyd edək ki, Vaqarşak Arutyunyan 1999-2000-ci illərdə müdafiə naziri olub. Sonra siyasətlə məşğul olub. 2002-ci ildə Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan onu general-leytenent rütbəsindən məhrum edib. 2019-cu ildə Armen Sarkisyan onun rütbəsinin bərpa olunmasına dair sərəncam imzalayıb. 2020-ci ilin avqustunda Ermənistanın Baş naziri Nikol Paşinyanın müşaviri təyin edilib. Vaqarşak Arutyunyan 2020-ci il noyabrın 20-dən 2021-ci il iyulun 20-dək müdafiə naziri işləyib.

 

DİGƏR XƏBƏRLƏR

Top