Qazaxıstanda mitinqə qoşulan ananın körpəsi də saxlanıldı – VİDEO


Sosial şəbəkələrdə Qazaxıstanda polislərin uşaq arabasında olan bir körpəni saxlamasını əks etdirən görüntülər yayılıb.
Yeniavaz.com
xəbər verir ki, iddialara görə, həmin körpənin anası Qazaxıstanın Mangistau vilayətində keçirilən mitinqlərdə saxlanılıb və bu zaman yanında olan körpəsi də onunla birgə hüquq -mühafizə orqanlarının xidməti avtomobilinə aparılıb. 
Həmin kadrları təqdim edirik: 

Qeyd edək ki, Qazaxıstanda yanvarın 2-dən Janaozen, Mangistau vilayətləri başda olmaqla bir sıra yaşayış məntəqələrində etirazlar başlayıb. Əhali maye qazın dəyərinin kəskin artmasına etiraz edir. Belə ki, ölkədə maye qazın dəyəri 60 təngədən 120 təngəyə qaldırılıb.
Etirazlardan sonra Qazaxıstan hökuməti istefa verib. Prezident Qasım-Comərd Tokayev ölkənin Mangistau və Almatı vilayətlərində fövqəladə vəziyyət elan edib. 
Ölkənin müxtəlif şəhərlərində etiraz aksiyaları hələ də davam edir. Etirazçılar Aktobe şəhərində hökumət binasına basqın ediblər.

DİGƏR XƏBƏRLƏR

Top