Paytaxt marketlərində çörəyin qiyməti bahalaşıb? - FOTOLAR


Xəbər verdiyimiz kimi, iri un və çörək istehsalçıları Azərbaycanda un və çörəyin bahalaşması ilə bağlı müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, müraciətdə bildirilib ki, 50 kq-lıq bir kisə unun topdan satış qiymətin 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur.
Çörəyin qiymətinin artması ilə əlaqədar paytaxtın bir sıra supermarketlərinə üz tutduq. Supermarketlərdə gündəlik tələbatın çox olduğu çörək növlərinin qiymətləri ilə tanış olduq.
Daxil olduğumuz hər 4 supermarketdə 500 qramlıq ənənəvi zavod çörəyinin  qiyməti 50 qəpik oldu. 400 qramlıq baton çörəyin qiyməti isə 70 qəpik təşkil edir.
Bəzi supermarketlərdə ənənəvi zavod çörəyinin qiyməti ilə tanış olmaq istəsək də, vitrinlərdə qiymət göstəricisinə rast gəlmədik.
Marketlərdən çörəyin müxtəlif növlərin qiyməti ilə bağlı fotoreportajı təqdim edirik.




DİGƏR XƏBƏRLƏR

Top