Qazaxıstan etirazlara görə Rusiyadan kömək istəyib?


Qazaxıstan ölkədə baş verən etiraz aksiyaları ilə bağlı Rusiyadan kömək istəməyib.
Yeniavaz.com
xəbər verir ki bu barədə Rusiya prezidentinin Mətbuat katibi Dmitri Peskov açıqlama verib.
“Xeyr. Biz əminik ki, qazax dostlarımız öz daxili problemlərini müstəqil şəkildə həll edə bilərlər” -, deyə Peskov bildirib.
Rusiya Federasiya Şurasının dövlət suverenliyinin qorunması və Rusiya Federasiyasının daxili işlərinə müdaxilənin qarşısının alınması üzrə müvəqqəti komissiyasının rəhbəri Andrey Klimov isə bildirib ki, Qazaxıstanda baş verən etirazlar xarici müdaxilə ilə bağlı ola bilər. Benzin və avtomobil yanacağının qiymətlərindəki sıçrayış, bəlkə də, formal bəhanədir.

DİGƏR XƏBƏRLƏR

Top