Bakıda yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB


Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***15:32
Bakıda çoxmərtəbəli yaşayış binası yanır.
Yeniavaz.com
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top