Etirazçılar Qazaxıstan Prezidentinin iqamətgahını yandırıblar - VİDEO


Qazaxıstanda etirazçılar ölkənin prezidenti  Kasım-Jomart Tokayevin Almatıdakı iqamətgahını ələ keçirib, yandırıblar. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS agentliyi xəbər yayıb.
Sözügedən kadrlar sosial şəbələrdə yayılıb:

Qeyd edək ki, Qazaxıstanda yanvarın 2-dən Janaozen, Mangistau vilayətləri başda olmaqla bir sıra yaşayış məntəqələrində etirazlar başlayıb. Əhali maye qazın dəyərinin kəskin artmasına etiraz edir. Belə ki, ölkədə maye qazın dəyəri 60 təngədən 120 təngəyə qaldırılıb.
Etirazlardan sonra Qazaxıstan hökuməti istefa verib. Prezident Qasım-Comərd Tokayev ölkənin Mangistau və Almatı vilayətlərində fövqəladə vəziyyət elan edib. 
Ölkənin müxtəlif şəhərlərində etiraz aksiyaları hələ də davam edir. Etirazçılar Aktobe şəhərində hökumət binasına basqın ediblər.

DİGƏR XƏBƏRLƏR

Top