Qazaxıstandakı Azərbaycan vətəndaşları ilə bağlı səfirlikdən AÇIQLAMA


"Qazaxıstandakı etiraz aksiyaları zamanı Azərbaycan vətəndaşlarına ziyan dəyməsi barədə hər hansı məlumat gəlməyib".
Yeniavaz.com
xəbər verir ki, bu barədə “report”a Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, hazırda Almatı, Aktau, Aktoba şəhərlərində vəziyyətin hələ də gərgin olduğu, paytaxt Nur-Sultan şəhərində isə nümayiş və mitinq keçirilmədiyi, vəziyyətin sabit olduğu diqqətə çatdırılıb.
Səfirlik həmçinin Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşlarına izdiham toplandığı yerlərdən uzaq durmağı, evdən çıxmamağı, lazımi təhlükəsizlik tədbirlərinə əməl etməyi də tövsiyə edib.
Bununla yanaşı, səfirlik mövcud vəziyyətin Qazaxıstandakı azərbaycanlı diaspor rəhbərləri ilə müzakirə etdiklərini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top