Vətən müharibəsində xəstəxanada unudulan çantanın sahibi axtarılır - FOTO


Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında (RMX) yaralı döyüşçüləri ziyarət edənlərdən birinin burada unutduğu çantanın sahibi hələ də axtarılır.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, Vətən müharibəsi zamanı hərbi xəstəxanaya çevrilən Biləsuvar RMX-da yaralı döyüçşçüləri ziyarət edənlərdən biri burada çantasını unudub.
Xəstəxanadan bildirilib ki, çanta yaralı döyüşçülərdən birinin yanına gətirilən övladına aiddir: "Çantanın içində uşaq paltarları var".
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı Biləsuvar Rayon Mərkəzi Xəstəxanası hərbi xəstəxanaya çevrilib.
Burada yüzlərlə yaralı döyüşçülərə xidmət göstərilib.

DİGƏR XƏBƏRLƏR

Top