Türkiyə XİN Qazaxıstandakı etirazlara münasibət bildirib


Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstandakı etiraz aksiyalarına münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirliyin rəsmi saytında məlumat verilib. Bildirilib ki, XİN 2-3 yanvar 2022-ci il tarixlərində Qazaxıstanda başlayan və bu səhər hökumətin istefası ilə başa çatan etiraz aksiyalarını yaxından izləyir:
“Biz dost Qazaxıstanın sabitliyinə önəm veririk. Ümidimiz qardaş qazax xalqının sülhü, əmin-amanlığıdır. Biz tam əminik ki, Qazaxıstan administrasiyası bu böhranınn öhdəsindən gələcək. Biz Qazaxıstan xalqının sağlam düşüncəsinə güvənirik və ümid edirik ki, hadisələr tez bir zamanda sakitləşəcək. Hadisələrdə yaralanan siravi qazax qardaşlarımıza və təhlükəsizlik qüvvələrinə şəfa diləyirik.
Qeyd edək ki, Qazaxıstanda yanvarın 2-dən Janaozen, Mangistau vilayətləri başda olmaqla bir sıra yaşayış məntəqələrində etirazlar başlayıb. Əhali maye qazın dəyərinin kəskin artmasına etiraz edir. Belə ki, ölkədə maye qazın dəyəri 60 təngədən 120 təngəyə qaldırılıb.
Etirazlardan sonra Qazaxıstan hökuməti istefa verib. Prezident Qasım-Comərd Tokayev ölkənin Mangistau və Almatı vilayətlərində fövqəladə vəziyyət elan edib. Ölkənin müxtəlif şəhərlərində etiraz aksiyaları hələ də davam edir.
 

DİGƏR XƏBƏRLƏR

Top