Kürdəmirdə qanunsuz ovçuluq edən şəxslər saxlanılıb


Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər zamanı rayonun Ərəbqubalı kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən üç nəfər saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Verilən məlumata görə, keçirilən tədbirlərlə Göyçay rayon sakinləri – Ruslan İbrahimov, Kamil Əsgərov və İlham Mikayılov saxlanılıblar. Onlardan 3 ədəd müvafiq sənədləri olmayan ov silahı və qanunsuz olaraq ovlanmış 4 ədəd dovşan aşkarlanaraq götürülüb. 
Faktla bağlı Kürdəmir RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

DİGƏR XƏBƏRLƏR

Top