Almatıda etirazçılar meriyanın binasına basqın ediblər, güclü partlayışlar baş verir - VİDEO


Almatıda etirazçılar meriyanın ofisini ələ keçirməyə cəhd göstəriblər.
Yeniavaz.com
istinadən xəbər verir ki, bu barədə “RİA Novosti”nin hadisə yerindəki müxbiri məlumat yayıb.
Onun sözlərinə görə, nümayişçilər hakimliyə (şəhər meriyasına) keçmək istəyirlər, onu mühafizə edən təhlükəsizlik qüvvələri xüsusi texnikadan, xüsusən də səs-küylü qumbaraatanlardan istifadə edir. Binanı qatı tüstü bürüyüb.
“Sputnik Qazaxıstan”ın məlumatına görə, üç minə yaxın etirazçı var. Polis meriyadan 50 metr aralıdakı köhnə iqamətgaha çəkilib. 
Hücum edənlər bir neçə polis əməkdaşını döyüb, onların qalxanlarını və dəbilqələrini götürüblər.
Qeyd edək ki, Qazaxıstanda yanvarın 2-dən Janaozen, Mangistau vilayətləri başda olmaqla bir sıra yaşayış məntəqələrində etirazlar başlayıb. Əhali maye qazın dəyərinin kəskin artmasına etiraz edir. Belə ki, ölkədə maye qazın dəyəri 60 təngədən 120 təngəyə qaldırılıb.
Etirazlardan sonra Qazaxıstan hökuməti istefa verib. Prezident Qasım-Comərd Tokayev ölkənin Mangistau və Almatı vilayətlərində fövqəladə vəziyyət elan edib. Ölkənin müxtəlif şəhərlərində etiraz aksiyaları hələ də davam edir.

DİGƏR XƏBƏRLƏR

Top