Qazaxıstanda etirazçılarla polis arasında toqquşmalar başlayıb – VİDEO


Qazaxıstanın Almatı şəhərinin mərkəzində etirazçılarla polis arasında toqquşmalar başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RİA Novosti”nin hadisə yerindəki müxbiri məlumat yayıb.
Onun sözlərinə görə, etirazçılar bir neçə təhlükəsizlik işçisini döyüblər.
Polis şəhər mərkəzinin kənarında dəyənəklərlə silahlanmış bir neçə yüz etirazçını dayandırıb.
Onlara qarşı xüsusi vasitələrdən, o cümlədən səs-küylü qumbaraatanlardan istifadə olunur.
Həmin kadrları təqdim edirik:


Qeyd edək ki, Qazaxıstanda yanvarın 2-dən Janaozen, Mangistau vilayətləri başda olmaqla bir sıra yaşayış məntəqələrində etirazlar başlayıb. Əhali maye qazın dəyərinin kəskin artmasına etiraz edir. Belə ki, ölkədə maye qazın dəyəri 60 təngədən 120 təngəyə qaldırılıb.
Etirazlardan sonra Qazaxıstan hökuməti istefa verib. Prezident Qasım-Comərd Tokayev ölkənin Mangistau və Almatı vilayətlərində fövqəladə vəziyyət elan edib. Ölkənin müxtəlif şəhərlərində etiraz aksiyaları hələ də davam edir.

DİGƏR XƏBƏRLƏR

Top