Ötən il Beyləqan sakinini bıçaqlayan şəxs saxlanılıb


Beyləqan rayon sakinini bıçaqlayan şəxs saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 25-də Beyləqan rayon sakini R.Dəmirliyə bıçaqla xəsarət yetirməkdə və mobil telefonunu oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş N.Ağayev saxlanılıb. 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

DİGƏR XƏBƏRLƏR

Top