Cəlilabadda polis qəza törətdi - Xəsarət alanlar var


Cəlilabad rayonunda yol qəzası baş verib.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, qəza zamanı iki minik avtomobili toqquşub.
Nəticədə sürücülərdən biri Nurlan Həsənovun ayağı sınıb. O, Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Digər avtomobildə olan qadın sərnişin də xəsarət alıb.
Məlumata görə, N.Həsənov yol polisi əməkdaşıdır və qəzanı öz şəxsi avtomobili ilə törədib.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top