Astarada qardaş bacıları tərəfindən baltalanıb


Astara rayonunda qardaş bacıları tərəfindən baltalanıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, rayonun Təngərüd kəndində İlkin Fariz oğlu Qəmbərova bacıları Nadirə və Nargilə tərəfindən balta ilə xəsarətlər yetirilib.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan İ.Qəmbərov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Vəziyyəti ağır qiymətləndirilir.
Hələlik hadisənin səbəbi bilinmir.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top